• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələ pulunu yeyən tutuldu

Zəlzələ pulunu yeyən tutuldu
24.10.2014 14:24
Qax-Zaqatala-Balakən bölgəsində 2012-ci ildə baş verən zəlzələdən zərər çəkmiş sakinlərin evlərinin bərpası adı ilə onların etibarından sui-istifadə edərək külli miqdarda əmlakını ələ keçirmiş şəxsin qanunsuz əməlləri ifşa olunub. Baş Prokurorluqdan verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən FHN-lə birgə əməliyyat tədbirləri həyata keçirilib.Həmin tədbirlər nəticəsində nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun sabiq kiçik elmi işçisi Feyruz Məmmədov sakinlərdən pul tələb edib. O, zəlzələ nəticəsində zərər dəymiş evlərin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində Bakı şəhər sakinindən 2 min manat məbləğində pulu tələb edib alarkən cinayət başında yaxalanıb.Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı həmçinin F.Məmmədovun zəlzələ nəticəsində zərər dəymiş evlərin qəzalı kimi qeydiyyata alınaraq sökülüb yenidən tikilməsi, eləcə də təmir və tikinti işlərinin aparılması üçün nazirliyin tərtib etdiyi siyahıda adlarının əvvələ salınması üçün Qax rayon sakinlərindən ümumilikdə 42 min manat məbləğində pul alıb. O, külli miqdarda özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol