Bakıda maşın piyadaları vurdu: ölən var - FOTO

Səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın hadisə yerində olan müxbirlərinin verdiyi məlumata görə, Abdullayev Natiq Əliağa oğluna məxsus "Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.
Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.
Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























