• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan “Super Muşşak” təyyarələrinin ilk partiyasını Azərbaycana göndərib

Pakistan “Super Muşşak” təyyarələrinin ilk partiyasını Azərbaycana göndərib
28.11.2018 10:49
Azərbaycanın Pakistana sifariş verdiyi "Super Muşşak” (MFİ-395 "Super Mushshak”) təlim təyyarələrinin ilk partiyası Azərbaycana göndərilib.

Bu barədə İDEAS-2018 sərgisində iştirak edən "AzeriDefence” jurnalının əməkdaşına "Pakistan Aeronautical Complex” (PAC) təşkilatından məlumat verilib.

Təşkilatda bildirilib ki, "Super Muşşak” təyyarələrindən artıq 5 ədədi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib. Növbəti tədarük olunacaq 5 təyyarənin isə yaxın aylarda sifarişçiyə çatdırılması planlaşdırılır. Təlim təyarələrini idarə edən pilotlara və texniklərə də PAC tərəfindən təlimlər keçirilib. Xatırladaq ki, 2017-ci ilin iyul ayının 27-də imzalanmış müqaviləyə əsasən Azərbaycanın Pakistandan 10 ədəd "Super Muşşak” təlim təyyarəsi alacağı planlaşdırılırdı.

PAC-dan bildirilib ki, 2018-ci ildə təşkilat tərəfindən Azərbaycanla yanaşı Türkiyəyə də "Super Muşşak” təyyarələrinin ixracatı reallaşdırılıb. Kontrakta əsasən Türkiyə 50 ədəd təlim təyyarəsi almalıdır.

Qeyd edək ki, "Super Muşşak” təyyarələri dünyanın ən təhlükəsiz təlim təyyarələrindən hesab olunur. Hazırda Pakistan Hava Qüvvələri və Ordusu tərəfindən 300 "Super Muşşak” təyyarəsi hərbi təlim və digər müdafiə tədbirləri üçün istifadə olunur. Pakistan Nigeriya və Qatarla da "Super Muşşak” təyyarələrinin ixracına dair müqavilələr imzalayıb. Adıçəkilən təyyarələr hazırda Pakistanla yanaşı Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Respublikasında stifadə olunur.

Yüngül çəkili təlim təyyarəsi olan "Super Muşşak” hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş etməyi bacarır. Havada 4-5 saat qala bildiyindən Pakistan Ordusu ondan həm də patrul missiyalarında istifadə edir. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur.

"Super Muşşak” təyyarəsinin heyəti 2 nəfər uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd "Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. "Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə sahibdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol