• $
  • €
  • ₽
  • ₺
  • £

“Avtobuslarda gedişhaqqı artmalıdır, başqa yol yoxdur”

“Avtobuslarda gedişhaqqı artmalıdır, başqa yol yoxdur”
24.10.2014 13:04
Suraxanı rayonu ərazisində yaşayan vətəndaşlar 161 saylı marşrutun fəlaiyyətindən narazıdırlar. Onlar hətta bununla bağlı nəqliyyat naziri Ziya Məmmədova müaricət də ünvanlayıblar. Müraciət edənlərin fikrincə, 161 saylı Hövsan-Suraxanı marşrutunun fəaliyyətinə nəzarət artırılmalıdır. Sərnişinlərin sözlərinə görə, 161 saylı marşrutun sürücüləri heç bir qrafikə riayət etmir, insanlarla kobud rəftar edir, avtobuslarda natəmizlikdi. Sürücülər istədikləri vaxt xəttə çıxdığından insanlar saatlarla yollarda qalır.Nəqliyyat Nazirliyinin nəzdindəki Dövlət Avtomobil Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov Modern.az-a bildirib ki, hazırda avtobuslara olan real tələbat öyrənilir: “161 saylı marşrutda gün ərzində tələbata uyğun olaraq 6 avtobus xəttə çıxır. Dövlət Avtomobil Nəqliyyatının Bakı Sərnişindaşıma və Yükdaşımalar İdarəsi hazırda marşrutlara olan real tələbatları öyrənir. Çünki yeni qəsəbələr, yaşayış yerləri salınır, bunlar hamısı qeyd olunmalıdır”.Ən yaxşı halda çıxış yolu pik saatlarda avtobusların sayının artırılmasıdır. Amma Əmrah Cəfərov bununla razılaşmır. O deyir ki, belə olduğu halda qrafik pozuntusu ola bilər, axşam saatlarında avtobusların sayının artırılması tıxacları daha da pis hala gətirib çıxara bilər.Əmrah Cəfərov ümumilikdə avtobuslarla bağlı problemlərin aradan qalxması üçün ilk növbədə Ziya Bünyadov prospektində işlərin yekunlaşdırılmasını məsləhət görür: “Eyni zamanda, Tarif Şurası gediş haqlarına yenidən baxmalıdır, gediş haqları mütləq qaldırılmalıdır, başqa çıxış yolu yoxdur. Əks təqdirdə, bu problemlər aradan götürülməyəcək. Sürücülərin gəliri artacağı təqdirdə sürət də, tıxaclar da, qəzalar da azalacaq”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol