• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gətirilən 63 ton günəbaxan tumunu məhv edildi – FOTO

Azərbaycana gətirilən 63 ton günəbaxan tumunu məhv edildi – FOTO
28.11.2018 19:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı zamanı Ukraynadan Azərbaycana 3 nəqliyyat vasitəsində ümumilikdə 63 ton miqdarında idxal olunan günəbaxan tumunda zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub.


Anews.az xəbər verir ki, bu barədə qurumdan məlumat yayılıb.

Verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Qeyd olunan məhsuldan götürülmüş nümunələrdə respublika ərazisi üçün karantin sayılan zərərli orqanizm Azçiçəkli senxrus-(Cenchrus pauciflorus) aşkar edilib.

Bildirilir ki, "Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə uyğun olaraq, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.

Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, 63 ton günəbaxan tumu xüsusi aqreqatlar vasitəsi ilə zərərsizləşdirilib.

Qeyd edək ki, azçiçəkli senxrus zərərvericiliyi bitkilərin məhsuldarlığını azaltması, digər bitkilərin kölgələnməsi, yaylaqların sirayətlənməsi və onların məhsuldarlığının aşağı düşməsi, heyvanların yununun keyfiyyətinin azalması, insanlara və heyvanlara əks təsiri ilə (ağrılar, yaraların uzun müddət sağalmaması) göstərilir.


Bu zərərli orqanizm daha çox qarğıdalı, günəbaxan, tərəvəz, bağ bitkilərini və üzüm bağlarını sirayətləndirir, yüksək rəqabət səbəbi ilə bitkilərin məhsuldarlığını azaldır.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol