Azərbaycanlı deputatlar Yerevanda məsciddə - FOTO

İrəvanda səfərdə olan Azərbaycan deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidə baş çəkiblər.
Anews.az xəbər verir ki, bu haqda məlumatı millət vəkili Əflatun Amaşov "Facebook” səhifəsində paylaşım edib.
Millət vəkili Göy Məscidin tarixi və əhəmiyyətindən bəhs edib:
"Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























