Cəlilabadda heroin satan şəxs saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər 13 qrama yaxın heroini könüllü olaraq polis əmakdaşlarına təqdim edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, aparılan araşdırmalarla həmin narkotik vasitəni satan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Mirzəyev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























