Səhiyyə nazirliyindən canavarların dişlədiyi 7 nəfərlə bağlı - AÇIQLAMA

Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.
Səhiyyə Nazirliyindən Anews.az-a verilən xəbərə görə, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.
Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.
Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub. Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























