• $
  • €
  • ₽
  • ₺
  • £

"Unibank"ın İdarə Heyətində yeni təyinat olub

"Unibank"ın İdarə Heyətində yeni təyinat olub
29.11.2018 12:58
 "Unibank” KB-da struktur yeniliyi olub. Bundan sonra bütün satış istiqamətləri bir kuratorun nəzarətində olacaq. Uzun illər bankda çalişan Korporativ biznes üzrə İdarə Heyəti sədrinin müavini İqor Okayev İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini vəzifəsinə təyin edilib. Korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes və Marketinq departamenti İqor Okayevin kurasiyasına verilib. 
 
Bütün satış istiqamətlərinin bir kurasiyada cəmləşməsi beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, satışın effektivliyinin daha da artırılması ilə strateji hədəflərin yerinə yetirilməsi, satışı bir nöqtədən idarə etməklə sinerji yaratmaq, bütün bu istiqamətlər arasında əlaqəni gücləndirmək məqsədi daşıyır. Satış və Marketinq  bölmələrinin bir kurasiyada birləşdirilməsi eyni zamanda bazar analitikasından istifadəni gücləndirməklə, innovativ bank məhsullarının yaradılmasında çevikliyi daha da artıracaq.

Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK” (1992) və "PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 1 milyondan artıq korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol