• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən “143 manata bir ay normal yaşamaq olar” deməmişəm” - Hadı Rəcəbli

“Mən “143 manata bir ay normal yaşamaq olar” deməmişəm” - Hadı Rəcəbli
29.11.2018 15:06
Sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin adından tirajlanan bir xəbər geniş müzakirələrə səbəb olub. İddia olunur ki, Milli Məclisin son iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı H.Rəcəbli gələn il üçün yaşayış minimumunun 143 manat səviyyəsində müəyyənləşdirilməsini normal qiymətləndirib. Və deyib ki, "143 manata bir ay normal yaşamaq olar”.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az saytına açıqlamasında bu dəfə də onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:


"Yəqin ki, həmin iclası izləyən parlament jurnalistləri də təsdiqləyər ki, mən belə bir söz deməmişəm. Mən söyləməmişəm ki, 143 manat ehtiyac meyarı ay ərzində insana bəs edir. Demişəm ki, 2019-cu il üçün nəzərdə tutulan ehtiyac meyarı ötən ildəkindən 13 manat çoxdur.  Bu da 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaradacaq və yaxşı haldır. Mən deməmişəm ki, 143 manat insanların dolanışığına bəs edir.  Belə bir söz deməmişəm. Bir öyrənin daha sonra yazın da... Ehtiyac meyarının həddi onun üçündür ki, ünvanlı sosial yardım müəyyənləşdirilən zaman bu rəqəm əsas götürülsün”. 


Hadi Rəcəbli sosial şəbəkələrdə onu ittiham edənləri vicdanlı olmağa çağırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol