• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmər taxmayanlara pis xəbər – VİDEO

Kəmər taxmayanlara pis xəbər – VİDEO
29.11.2018 22:00
Əvvəllər avtomobillərin sığorta olunmaması, texniki baxışdan keçməməsi kameralara düşürdüsə, indi təhlükəsizlik kəmərindən istifadə etməyənləri də kameralar üzə çıxarır.

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, məhdud sayda olan "ağıllı" kameralar indi demək olar ki, paytaxtın bütün ərazilərində quraşdırılıb. Lakin, keçirilən sorğu nəticəsində məlum olur ki, sürücülərin əksəriyyəti bundan xəbərsizdir.

Təhlükəsizlik kəmərini taxmadığınız üçün kameraya düşürsünüz və cərimələndiyinizi bilirsiniz?

Sürücü: "Xeyr, məlumatım yoxdur".

Sürücü: "Xəbərim yoxdur".

Elməddin Muradlı – ekspert: "Düşünürəm ki, bu sahədə təbliğat işləri aparmaq lazımdır. Videoroliklər hazırlanmalıdır. KİV-lər vasitəsilə təbliğ edilməlidir. Əksər sürücülərin bundan xəbəri yoxdur".

Məsələdən xəbərdar olan bəzi sürücülər isə, kameraya düşməməkçün tünd geyimlər geyinirlər. Lakin, bu, vəziyyətdən çıxış yolu deyil.

BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə "ağıllı" kameraları bu şəkildə aldatmaq mümmkünsüzdür.

Vaqif Əsədov - BŞDYPİ-nin bölmə rəisi: "Bu istiqamət üzrə tərəfimizdən tədbirlər görülür. Sürücülər düşünməsinlər ki, ərazidə polis əməkdaşı yoxdursa, demək xəta törətmək mümkündür. Kameralar vasitəsilə xətalar dərhal qeydə alınır, elektron vasitəsilə qərarlar qəbul edilir".

Təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər üçün cərimə məbləği 40 manat təşkil edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol