• $
  • €
  • ₽
  • ₺
  • £

“Doqquz yaşlı qıza aşiq olan” müəllimdən direktora cavab

“Doqquz yaşlı qıza aşiq olan” müəllimdən direktora cavab
29.11.2018 20:37


Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə doqquz yaşlı qızını mənim yanıma göndərirdin?

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Azxeber.com-a açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib.
O direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi "doqquz yaşlı qıza aşiq olub” iddiasına münasibət bildirib: 

"Bunlar hamısı şərdir, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, "YouTube”da da, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi doqquz yaşlı qızını "pedofil” dediyi adamın yanına gətirər?”

Rövşən Əzizov Tural Mirzəliyevi yalan danışmaqda ittiham edib: 

"Nəyə görə bu adam bu günə qədər danışmırdı? Əgər əlində fakt var idisə, onda niyə susurdun? Mənim dünənki videomüraciətimdən sonra danışmaq qərarına gəlib, ancaq danışdıqları yalandır, şərdir. Üzünə zərbə dəyən adam necə oldu ki, belə tez ayağa qalxdı, sağaldı? Bu suallara cavab tapmaq lazımdır”. 

Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı qəribə fakt açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, Musavat.com-un canlı yayımında məktəbin sabiq direktoru Tural Mirzəliyev (hazırda 175 nömrəli məktəbin direktorudur) sözügedən müəllimin doqquz yaşlı şagirdə vurulduğu üçün məktəbdən uzaqlaşdırıldığını söyləyib.

Direktor sözügedən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:

"Rövşən Əzizov barədə araşdırmalara başladım və məlum oldu ki, bu adam ingilis dilini yaxşı bilir. Amma daha çox xalqların dostluğundan danışır. Axı bu adam xalqların dostluğundan danışmağa görə yox, ingilis dilini tədris etməyə görə maaş alırdı. Qızımı da onun məşğələsinə göndərirdim. Amma araşdırmadan sonra dayandırdım və gizli araşdırmaya başladım”.

Qeyd edək ki, T.Mirzəliyevin adı aktyor-rejissor Rza Rzayevlə qalmaqalda hallanır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol