Azərbaycan polisi ilə bağlı "Whatsapp"da səs yazısı yayıldı – RƏSMİ

Bu gün "Whatsapp" sosial şəbəkəsində bir sürücünün səs yazısı geniş yayılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da Avtosfer.az-a bildirdi ki, Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir. Bu səsi yayan şəxs isə ümumilikdə yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır: "Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır".
Vaqif Əsədov bildirdi ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: "Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil. Birincisi, sürücünün iddia etdiyi ərazilərdə hazırda təmir gedir və buna görə də orada onsuz da hərəkət sürəti aşağıdır. Bundan başqa, həmin yolun istifadəyə verilən hissəsi bir neçə zolaqdan ibarətdir və burada heç kim heç kimin yolunu kəsə də bilməz. Digər tərəfdən isə Xətai rayon DYPŞ-nin rəisi Cavanşir Ələkbərovun 005 nömrəli avtomobili yoxdur. Hazırda idarə etdiyi avtomobil isə başqa modeldir və ağ rəngdədir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























