Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Departamentdən Anews.az-a bildirilib ki, dekabrın 1-2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın 2-də gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























