• $
  • €
  • ₽
  • ₺
  • £

"Nazir 2 min manat maaş alır, amma milyonluq villaları var" - Məmurlara sərt ittiham

"Nazir 2 min manat maaş alır, amma milyonluq villaları var" - Məmurlara sərt ittiham
30.11.2018 15:54
Gələn ildən Vergi Məcəlləsində və "Sosial sığorta haqqında" qanunda bir sıra dəyişikliklər gözlənilir. Vergi mexanizmində ediləcək dəyişiklikdən daha çox, sosial sığorta ödənişləri ilə bağlı məsələ narahatlıq yaradıb.

Bu barədə fikirlərini Mia.az-la bölüşən Müasir Müsavat Patiyasının sədri Hafiz Hacıyev bildirib ki, təklif olunan dəyişikliklər vətəndaşların maraqlarına uyğun deyil. Onun sözlərinə görə, bunun islahat kimi təqdim olunması da yanlışdır:

"Bu günə kimi aparılan vergi və sosial siyasətlə bağlı islahatlar millətin yarasına dərman olmayıb. Əksinə son dövrlər bunlar milləti qızıqlandıran, prezidentdən narazı salan qanunlar qəbul edirlər. Öz zəhməti ilə pul qazanan bərbər, ofisiant, "parixmaxer”i vergi hyükünün altında əzmək nəyə xidmət edir? Onsuz da bu zümrə güc-bəla ilə dolanırlar, onları niyə əlavə xərcə salırlar? Məmur şirkətləri milyonlarla manat vergidən yayınır, heç onların arxasınca düşən yoxdur. Bu qədər ədalətsizlik olmaz”.

Partiya sədri hökumətə daha münasib təklif verib. O bildirib ki, məmurların sərvəti hesablansın və ona uyğun vergi tətbiq eləsinlər:

"Bunu eləməzlər axı. Çünki öz ciblərindən dövlətə nəsə ödəmək istəmirlər. Yenə də deyirəm, hakimiyyət içindəki bu qruplar dövlət başçısı ilə xalq arasında uşurum yaratmaq istəyirlər, ona görə də hər gün camaatı narazı salacaq bir dəyişiklik edirlər. Bunlar şəhid ailələrinə birdəfəlik ödəməni vermirlər. Belə olan yerdə başqa sözə ehtiyac yoxdur. 
Samir Şərifov Milli Məclisdə xalqın ziyanına təklif verməkdənsə, topladığı sərvətdən vergi versin. Əgər lazımdırsa, mən onun mülklərinin yerini də göstərərəm. Nazir 2 min manat maaş alır, amma milyonluq villaları var. Niyə soruşmurlar ki, bunu nəyin hesabına alıb. Əgər bu məmurların dövlətə canı yanırsa, sərvətlərinin 10 faizini bir fonda toplayıb camaata paylasınlar. İnanın ki, ölkədə bir nəfər də yoxsul qalmaz”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol