• $
  • €
  • ₽
  • ₺
  • £

Kişilərdən sürücü xanımlara irad: "Telefonla çox oynamasınlar, bizi ləngidirlər" – VİDEO

Kişilərdən sürücü xanımlara irad: "Telefonla çox oynamasınlar, bizi ləngidirlər" – VİDEO
30.11.2018 20:00
Yollarda qadın sürücü görmək, artıq heç kəsi təəccübləndirmir. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qadınlar kişilərlə bərabərhüquqlu şəkildə avtomobil idarə edirlər.

ARB TV xəbər verir ki, zərif cinsin nümayəndələri sükan arxasında əvvəlki illərlə müqayisədə indi daha rahat qəbul edildiklərini deyirlər.

Süranə: "Hal-hazırda çox rahat idarə edirəm. 6, 7ildir ki, sürürəm və indiyədək ətrafdan heç bir narahatçılıq, heç bir narazıçılıq yoxdur”.

Süranə: "Mən Avropada da maşın sürmüşəm. Şahid olduğuma görə Azərbaycan kişiləri qadın sürücülərə hər zaman hörmət edirlər, yol verirlər”.

Hətta sürücülük işinə xanımları dəvət edən şirkətlərə də rast gəlmək olur. Kişilər isə, qadın sürücülərinin bəzilərinin səriştəsizliyindən gileylənirlər.

Sürücü: "Demək olar ki, qayda ilə sürmürlər. Lakin, sürməklərinə pis baxmıram. Niyə də yox?!”

Sürücü: "Dönmə əməliyyatlarını düzgün yerinə yetirmirlər. Yolda dayanıb telefonla oynayırlar. Yaxşıları da var, lakin istəyərdim ki, hamsı yaxşı olsun. Telefonla çox oynamasınlar, bizi də ləngitməsinlər ”.

Mütəxəssislər deyirlər ki, qadın sürücülərin sayının artmasına baxmayaraq, hələ də onları rahat həzm edə bilmirik. Yollarda xanım sürücülərə çətinlik yaradan kişilər də var. 

Sahil Quliyev – ekspert: "Bir neçə problem var. İlki, cəmiyyətimiz hələ də qadın sürücüləri qəbul edə bilmirlər. Başqa məsələ isə, yollarda digər sürücülərin onlara qarşı aqressiv münasibətidir”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyir ki, münasibətdə sürücünün qadın və ya kişi olaraq ayrılması yolverilməzdir.

BŞDYPİ-nin şöbə rəisi: "Sükan arxasında onlar nə qadın, nə kişi, yalnız sürücü qismində olurlar. Sürücü qismində olan hər kəs kişi və ya qadın olduğunu unutmalı, tələblərə uyğun hərəkət etməyə üstünlük verməlidirlər. Bunu ən azı öz təhlükəsizliyi üçün etməlidirlər”.

Hazırda ölkədə bir milyon dörd yüz min sürücü var ki, onlardan da qırx minə yaxını qadınlardır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol