• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda cütlüklər abortu “qoruyucu vasitə” hesab edir - SORĞU

Azərbaycanda cütlüklər abortu “qoruyucu vasitə” hesab edir - SORĞU
01.12.2018 14:10
Azərbaycanda qadınların abort etdirməsi ilə bağlı sorğu keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da qeyd edilib.
Sorğu zamanı qadınların 64,3 faizi ən azı bir dəfə abort etməsi müəyyən edilib. Qadınların hamısı abort zamanı 18 və ya daha çox yaşda olduğunu qeyd olunub. Abort etmiş qadınların çoxu (90,1 faizi) onların kişi partnyorlarının qərar qəbuletmə prosesində iştirak etdiyini bildirib. 

Kişi partnyorların təxminən yarısı sonuncu dəfə aborta getmiş arvadlarını/partnyorlarını müşayiət etdiklərini qeyd etsə də, qadın respondentlərin 38,3 faizi sonuncu dəfə aborta getdikləri zaman ərləri/partnyorları tərəfindən müşayiət edildiyini diqqətə çatdırıblar.

Bu kişilərin qoruyucu vasitələrdən istifadə və ailə planlaşdırılması məsələlərində iştirakının vacib başlanğıc nöqtəsi hesab edilə bilər. Kişilərin 77,8 və qadınların 78,9 faizi abort etməklə bağlı birgə qərarın qəbul edildiyini bildirsə də, bu cür qərarın əsasən qadınlara məxsus olduğunu kişilərlə müqayisədə daha çox qadın tərəfindən qeyd edilib.

Daha az qadın bu cür qərarların əsasən kişilər tərəfindən verildiyini bildirib (bunu 6,7 faizi kişi ilə müqayisədə yalnız 1,6 faizi qadın qeyd edib).
Narahatedici məqam ondan ibarətdir ki, ər-arvad cütlüklərinin bəziləri abortdan "qoruyucu vasitə” kimi istifadə etdiyini qeyd edib. Yəni onlar hamiləlikdən qorunmağa üstünlük vermirlər, qadın hamilə qaldıqdan sonra bu "maneə”ni abort vasitəsilə aradan qaldırırlar. Bu, cəmiyyət üçün narahatedici faktdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol