• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dərmanların içlik vərəqələrinə dəyişikliklər ediləcək

Azərbaycanda dərmanların içlik vərəqələrinə dəyişikliklər ediləcək
23.10.2014 18:08
Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan reklamın televiziya kanallarında yayımlanması qadağandır. APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, əvvəllər dərman preparatlarının heç birinin reklamına icazə verilmirdi, ancaq “Reklam haqqında” qanuna düzəliş ediləndən sonra reseptsiz buraxılan dərman preparatlarının reklamına icazə verildi. Onun sözlərinə görə, yalnız müvafiq icra hakimiyyəti orqanının, yəni Səhiyyə Nazirliyinin icazəsindən sonra dərmanların reklamına icazə verilir: “İndi reklamların aşağı hissəsindəki titrdə “Dərmanların əks-təsiri də var” yazısı qeyd olunur. Söz yox ki, istənilən dərmanın mənfi təsiri də var və buna görə də Səhiyyə Nazirliyi məcbur edir ki, reklam zamanı əks-təsirlər barədə məlumatlar titrlərdə getsin. Səhiyyə Nazirliyinin icazəsi olmadan dərman preparatları reklam edildikdə, Milli Televiziya və Radio Şurasına müraciət edirik ki, bunu edən kanallar barəsində müvafiq tədbirlər görsünlər. Yəni təkcə şirkətlər deyil, televiziya kanalları haqqında da tədbirlər görülməlidir. Çünki Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan reklamın televiziya kanallarında yayımlanması qadağandır”. E.Ağayev bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən aparılan monitorinqlər nəticəsində dərmanların içlik vərəqlərində aşkarlanan səhvlərə də aydınlıq gətirib. O qeyd edib ki, əvvəllər Azərbaycanda dərmanların içlik vərəqələri istənilən dildə yazılırdı: “Bu məsələ “Reklam haqqında” qanunda da öz əksini tapdı. “Əzcaçılıq haqqında” qanunda düzəliş ediləndən sonra artıq ötən ildən bütün şirkətlər məcbur edilir ki, dərman preparatlarının içliyi Azərbaycan dilində olsun. Nadir hallarda içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına rast gəlinir. Səhiyyə Nazirliyi tərəfindən aparılan monitorinq zamanı da içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının satışına qadağa qoyulur. Bu qadağa həmin dərman preparatlarının içlik vərəqələrinin Azərbaycan dilinə tərcümə olunmasına qədər davam edir”. E.Ağayev əlavə edib ki, içlik vərəqələrinin dil üslubunda səhvlərə rast gəlinə bilər: “Səhiyyə Nazirliyində Dilçilik İnstitutunun əməkdaşları ilə görüşümüz olmuşdu. Səhiyyə Nazirliyində qeydiyyatdan keçməyən dərman preparatlarının içlik vərəqələrində səhvlər var idi. Amma nazirliyin təsdiq etdiyi içlik vərəqələri standart formaya gətirilib. Hazırda bunun da yığcam formasını fikirləşirik ki, bəzi içlik vərəqələri çox böyük həcmdədir. Burada istifadəçilər üçün artıq məlumatlar var. Düşünürük ki, həmin məlumatlar gələcəkdə içlik vərəqələrində olmasın. Çünki içlik vərəqələri təkcə xəstələr üçün deyil, bundan həkimlər də istifadə edirlər”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol