“Pantene-Böyük dəyişim”

"Pantene-Böyük dəyişim”
telelayihəsi haqqında
Bu il isə mükafata namizədlər Aygün Kazımova, Səmra Rəhimli, Günay
İbrahimli, Roza Zərgərli, Xatirə İslam, Aysel Əlizadə və Dilarə Kazımovadır. Səsvermələr
davam edir. Səsvermənin nəticəsində ən çox səs toplamış ulduz Türkiyəyə gedib
"Pantene Altın Kelebek” mükafatını qazanmış olacaq.
"Altın Kelebek Ödülleri Töreni” Türkiyənin ən böyük mərasimlərindən
biridir. Bu mərasimdə iştirak edən ulduzlara müxtəlif nominasiyalar üzrə ölkənin
ən nüfuzlu mükafatı – "Pantene –Altın Kelebek” verilir. 7 azərbaycanlı ulduz
(Aygün Kazımova, Səmra Rəhimli, Roza Zərgərli, Günay İbrahimli, Dilarə
Kazımova, Aysel Əlizadə və Xatirə İslam) bu il "İlin qadın müğənnisi”
nominasiyası üzrə bu mükafata namizəddir. Onlardan biri dekabrın 9-da "Pantene
Altın Kelebek” mükafatının sahibinə çevriləcək.
"Pantene”nin rəsmi saç stilisti Önder Tiryaki Neslihan Atagüllə birgə
Bakıya gələcək. Dekabrın 2-si saat 11:30-da "Fairmont Hotel Baku”da keçiriləcək
master-klass da bu böyük layihənin tərkib hissəsidir. Master-klassda Önder bəy
bir neçə model üzərində canlı-canlı işləyəcək və məsləhətlər verəcək.
Master-klassda iştirak edənlərə xüsusi sertifikatlar veriləcək.

www.anews.az
Artıq bir neçə aydır ki, Xəzər Tv-də "Pantene-Böyük dəyişim” adlı
telelayihə yayımlanır. Həftədə bir dəfə bir ulduz haqqında ("Pantene Altın
Kelebek” mükafatına namizəd olan 7 ulduzdan biri haqda) xüsusi film nümayiş
olunur. Bu filmlərin sayəsində tamaşaçılar ulduzların həyatındakı və
saçlarındakı böyük dəyişimlərin şahidi olublar. "Böyük dəyişim” layihəsinə aid
bütün filmlər artıq yayımlansa da, səsvermələr hələ ki, davam edir. Bir neçə
gün sonra səsvermə dayandırılacaq və onun
nəticələri barədə məlumat yayımlanacaq. Ən çox səs toplamış ulduz dekabrın 9-u İstanbulda "Pantene Altın
Kelebek” mükafatını alacaq.
2 dekabr –
"Pantene-Böyük dəyişim” gecəsi haqqında
2 dekabr saat 18:00-da "Elektra Events Hall”da "Pantene Böyük dəyişim”
adlı ulduzlu konsert keçiriləcək. Konsert 19:00-dan etibarən Xəzər TV-dən
birbaşa yayımlanacaq.
Keçən il də eyni formatlı konsert təşkil olunmuşdu.
Ötən il noyabrın 3-də "Möcüzə gecəsi” adı ilə keçirilən bu konsertdə "Ən parlaq
ulduz” nominasiyası üzrə "Pantene Altın Kelebek” mükafatını qazanmaq üçün Röya
Ayxan, Nigar Camal və Miri Yusif namizəd idi. 10 dekabr 2017-ci il tarixində
Türkiyədə baş tutan gecədə Əməkdar artist Röya qalib gəlmişdi.
Bu konsert Bakıda hər il "Pantene Altın Kelebek”
mükafatının namizəd ulduzlarına dəstək məqsədilə təşkil olunur.
9 dekabr -
"Pantene Altın Kelebek” gecəsi haqqında
Neslihan Atagül
Doğulunun Bakıya gəlişi
Türkiyənin tanınmış aktrisası Neslihan Atagül 30 noyabr - 1 dekabr
tarixlərində Azərbaycanın paytaxtı Bakının qonağı olacaq. Aktrisanın Bakı səfərinin
səbəbi Türkiyənin prestijli "Pantene Altın Kelebek Odülleri Töreni” ilə
bağlıdır. Bildiyiniz kimi, Azərbaycan
artıq ikinci ildir ki, bu nüfuzlu layihəyə qatılır. Ötən il Azərbaycanın superstarı
Röya "İlin ən parlaq ulduzu” nominasiyası üzrə "Pantene Altın Kelebek Ödülü”nü
almışdı. Bu il isə Azərbaycandan "İlin qadın müğənnisi” nominasiyası ilə Türkiyənin
bu nüfuzlu mükafatına 7 xanım müğənni
namizəddir. "Pantene”in Türkiyə üzrə siması olaraq, Neslihan Atagülün Bakı səfərinin
məqsədi də bu layihənin Azərbaycanda reallaşmasını əks etdirən tədbirlərdə
iştirak etmək və proqramla yaxından tanış olmaqdır.
Mətbuat konfransı
Dekabrın 1-i Neslihan Atagülün Azərbaycanın tanınmış media nümayəndələri ilə
böyük press-konfransı keçiriləcək. Jurnalistlər türkiyəli sənətçiyə onları
maraqlandıran sualları ünvanlayacaqlar. Press-konfransın aparıcısı Murad Arif
olacaq. 30 dəqiqə ərzində Neslihan Atagül azərbaycanlı jurnalistlərin
suallarını cavablandıracaq. Mətbuat konfransı saat 14:30-da "Fairmont Hotel
Baku”da baş tutacaq.
Neslihan Atagülün
azərbaycanlı bloggerlərlə görüşü
Elə eyni gündə saat 15:30-da Neslihan Atagüllə 20 tanınmış bloggerin "Tea & talk”u baş tutacaq. Səmimi
ortamda – çay süfrəsi arxasında keçiriləcək görüşdə aktrisa bloggerlərin
suallarını cavablandıracaq.
Görüşdə 20-dən artıq blogger iştirak edəcək. Həmin bloggerlər artıq 1
aydır ki, bu böyük layihə ilə bağlı maraqlı paylaşımlar etməkdədirlər. Bloggerlər
layihə ilə bağlı bütün paylaşımları #PanteneSachDeyishimi #Sponsored həştəqləri
altında edirlər. Sual-cavab hissəsi bitəndən sonra
onların Neslihan Atagüllə şəkil çəkdirmək imkanları da olacaq. Bütün
bloggerlər dekabrın 2-si "Elektra Events Hall”da keçiriləcək "Pantene-Böyük dəyişim”
konsertində iştirak edəcək.
Bloggerlərin İstanbula səyahət bileti qazanıb "Pantene
Altın Kelebek” gecəsində iştirak etmək şansı
adi insanlara nisbətən ikiqat
artıqdır. Çünki onlar həm əldə etdikləri "Pantene” dəstlərinin içərisindəki dəvətnaməyə
bitişik lotereya kuponunu lototrona atmaqla uduş qazanmaq şansı əldə edəcəklər.
Həm də Neslihan Atagül görüşdən sonra onların arasından 2 nəfəri seçib onlara
"Pantene Altın Kelebek” gecəsinə gəlmək imkanı verəcək.
Neslihan Atagülün
azərbaycanlı fanları ilə görüşü
Dekabrın 1-i 16:15-də isə sevilən aktrisanın özünün və yaratdığı obrazların
fanatları ilə səmimi bir görüşü olacaq. Fanatlar ilə
görüş "Lucky fans” adlanır.
Görüşdə 20 nəfər xanım olacaq. Onlar Neslihan xanımla şəkil çəkdirib, onun imzasını ala biləcəklər.
Görüşün 15 dəqiqə ərzində yekunlaşması nəzərdə tutulur.
Azərbaycanda
Neslihan Atagülün fanatlarının sayı həddən artıq çoxdur. Lakin bu görüşmə
şansının yalnız 20 nəfərə verilməsinin səbəbi qoyulan qaydalardır.
Qaydalar
aşağıdakılardır:
"Pantene ilə
şəklini çək, #PanteneSachDeyishimi həştəqi ilə paylaş! Şəkildə saçın və üzün mütləq
görünsün!”
Neslihan
Atagül ilə görüşdə iştirak etmək istəyən xanımlar bu müsabiqənin şərtlərinə
düzgün əməl edənlərdir.
Pantene Superfood
məhsulları haqda
"Pantene” saçların bərpası üçün qidalandırıcı miksturalı şampunun tərkibindəki
aktiv Pro-V qidalandırıcıları zəif, nazik saçları kökündən daha güclü və dolğun
saçlara çevirir. İntensiv qulluğa ehtiyacı olan saçlara qulluq üçün 3 dəqiqədə
möcüzə kremi saçdakı zədələri bərpa etməyə kömək edir. Saçlara qulluq yağı isə
zəif və zədəli saçlar üçün nəzərdə tutulub. Saçları yuduqdan sonra bu yağı
saçın kökündən ucuna qədər çəkməklə, saçlardakı dəyişimi tez zamanda görmək
mümkündür. Neslihan Atagül Doğulu bu brendin Türkiyə üzrə rəsmi simasıdır.
Önder Tiryaki ilə
master-klass

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























