Həyat yoldaşının videosunu yayan kişinin aqibəti necə olacaq?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda kişinin həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yaymasına münasibət bildirib.
Anews.az bildirir ki, Report-un sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildirilib ki, hadisədən xəbərdardırlar.
Qeyd edək ki, sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























