İçki bazarında qiymət artımı olacaq

Qarşıdan gələn yeni ildə araqların, energetik içkilərin bahalaşmasının şahidi olacağıq.
Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat vergi hesablanıb.
Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.
Qeyd edək ki, əvvəllər energetik içkilər ümumiyyətlə aksiz vergisi tətbiq edilən malların siyahısına daxil deyildi və bu təklifin təsdiqlənəcəyinə böyük şübhələr vardı.
Energetik içkilərin çox sosial narazılıq doğurmasını və insan orqanizminə ziyanın nəzərə alan dövlət qurumları onun aksizləşdirilməsinə tərəfdar çıxdılar. Hazırda Azərbaycanda energetik içkilər istehsal edən iki böyük şirkət fəaliyyət göstərir.
Həmçinin ölkəmizə idxal edilən araqlar da daxil olmaqla spirtli içkilərə də aksiz vurulduğundan onların da qiyməti qalxacaq.
Hələ yay aylarından başlayaraq Vergilər Nazirliyinin dövriyyədə böyük miqdarda saxta spirtli məhsullar aşkar etməsi və bundan sonra nəzarət tədbirlərini gücləndirməsi bazarda 20%-dək bahalaşma yaratmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























