Çaya, kofeyə və ya alkoqola «məhəbbət» - Genlərlə müəyyən olunur

Alimlər müəyyən ediblər ki, sevimli içki seçimi hər şeydən əvvəl, insanın acı dadı necə qəbul etməsindən asılı olur.
Anews.az medicina.az-a istinadən bildirir ki, "Scientific Reports" jurnalında beynəlxalq alimlər qrupunun apardığı tədqiqat işinin nəticələri dərc olunub. Onlar müəyyən etmək istəyiblər ki, dadın qəbulu içkinin seçilməsinə təsir göstərirmi?
Məlum olub ki, bir çox hallarda sevimli içkini insana genlər "sırıyır".
Sorğunun nəticələrini genetik testin köməyi ilə əldə olunmuş informasiya ilə tutuşdurarkən, məlum olub ki, genetik olaraq kofeinə daha həssas olanlar daha çox kofe içirlər. Xinin və propiltiourasilinin dadına daha çox həssas olanlar çayı xoşlayırlar, amma statistik olaraq, bu içkini digərlərindən əhəmiyyətsiz qədərində tez-tez içirlər.
Genlər və alkoqol arasında əlaqə daha maraqlı olub - propiltiourasilinin dadına yüksək həssaslığı olan insanlar alkoqolun dadını xoşlamırlar və onu az miqdarda, həm də digər iştirakçılardan gec-gec içirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























