• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda satılan yumurta ilə bağlı əhaliyə xəbərdarlıq

Bakıda satılan yumurta ilə bağlı əhaliyə xəbərdarlıq
03.12.2018 09:39
Sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandı. Ekspertlər buna əsas səbəb kimi quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərsələr də, rəsmilər belə halların olmasını təkzib edir. Yerlərdən aldığımız məlumatlara görə, Siyəzən və Hacıqabulun quşuçuluq təsərrüfatlarında quşların kütləvi tələf olması halları qeydə alınıb.

Hələ iki ay əvvəl Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bu qıtlığı gah paytaxta tələbələrin axını ilə, gah da yeni fərələrin az yumurtlaması ilə əlaqələndirdi. Sədr ötən günlərdə isə problemin tamamilə aradan qaldırıldığını söylədi.

Qida Təhlükəsizliyi Agentliyinin modern.az-ın sorğusuna cavabı da təxminən Respublika Quşçular Cəmiyyətinin mövqeyilə üst-üstə düşür:

"Hazırda Azərbaycanın quş əti və yumurta istehsalı potensialı kifayət qədər yüksəkdir. Mövsümlə əlaqədar satış məntəqələrində bu məhsullara tələbat artıb. Buna baxmayaraq quş əti və yumurtaya olan tələbat ödənilir. Əhalinin quş əti və yumurta ilə təhlükəsiz təmin olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq tədbirlər həyata keçirir. Belə ki, Agentlik tərəfindən cari ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər hər ay epizoolotoji monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur. İndiyədək aparılan monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quşa rast gəlinməyib. Bununla yanaşı, hava şəraiti və köçəri quşların miqrasiyası nəzərə alınaraq epizootoloji monitorinqlər zamanı ev quşlarının açıq şəkildə daşınma qaydaları təkmilləşdirilir. Həmin quşlar satış məntəqələrinə çıxarılmazdan əvvəl Agentlik tərəfindən ciddi baytarlıq nəzarətindən keçirilir".

Əməkdaşımızın paytaxtın bir neçə iri marketdə apardığı müşahidələr bunun tam əksini deməyə əsas verir. Doğrudur, qiymətlərin süni artımı aradan qaldırılıb. Sentyabr-oktyabr aylarında ədədi 20-22 qəpiyədək bahalaşan yumurtanın qiyməti hazırda 17 qəpik civarındadır. Amma qıtlıq hələ də qalır. Qıtlıq olmasaydı, daxili istehsalı rəsmi rəqəmlərdə 100 faizi keçən yumurta, istehlakçıya limitlə satılmazdı.

Qaraçuxur qəsəbəsində yerləşən "Xəzər" supermarketində 30 ədəd yumurta almaq istəyən vətəndaşa, satıcı bunun mümkünsüz olduğunu bildirib:

"Rəhbərliyin xüsusi göstərişi var. Yumurta bir şəxsə yalnız 20 ədəd olmaqla satılır. Əvvəl hələ limit 10 idi. Ölkədə yumurta yoxdur. Biz də çalışırıq ki, müraciət edən hər bir vətəndaşın tələbatını qismən də olsa ödəyək. Narazılıqlar var, amma bunun həlli bizdən asılı deyil".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol