Azərbaycanda bir ailədən 6 nəfər xəstəxanaya aparıldı

Beyləqanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.
Publika.az xəbər verir ki, hadisə rayonun Mayak kəndində qeydə alınıb. Kənd sakinləri Məmmədov Nizami Qərib oğlu, Məmmədova Adilə Mamed qızı, Məmmədova Zemfira Məmməd qızı, Qəribli Elminaz Eldəniz qızı, Qəribli Nəzrin Arzu qızı və Qəribli Məhəmməd Arzu oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq Məmmədov Nizami Qərib oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Ilkin araşdırmalar zamanı məlum olub ki, bir ailənin üzvləri olan 6 nəfər yaşadıqları evdə dəm qazından zəhərlənib.
Araşdırmalar davam etdirlilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























