Bakıda ağır qəza: dörd nəfər öldü

Bakıda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə dekabr ayının 2-si gecə saatlarında Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb.
Namiq Zülfüqarovun idarə etdiyi "Chevrolet” markalı, 90-RR-974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi "KamAZ” markalı, 27-BM-301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri – 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində, 1986-cı il təvəllüdlü Cəlilov Tərlan Zakir oğlu isə xəstəxanada dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin, 1989-cu il təvəllüdlü Qəribov Emin Qəribşah oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti stabildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























