• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq bağçalarına qəbul elektron olacaq

Uşaq bağçalarına qəbul elektron olacaq
04.12.2018 11:55
"Hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqları əsasında, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illər ərzində Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Bütün bu bağçalar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunub. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır”.

Anews.az Azvision-a istinadən  xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirədə deyib.

O, çıxışında paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının təələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə, estetik tərbiyə ilə bağlı həyata keşirilən tədbir və məşğələlərə, uşaqların bir şəxsiyyət kimi formalaşmasına yönəldilən tədbirlərə diqqətin artırılması, pedaqoji işçilərin yerləşdirilməsi və onların biliklərinin atrırılması, bağçalarda tərbiyəçi-uşaq münasibətlərinə, uşaqlara xususi qayğı ilə yanaşma və s. məsələlərə toxunub.
Aparat rəhbəri qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb, bütün sahələr üzrə yeniliklər və islahatların aparılması planlaşdırılıb. Həmçinin bildirilib ki, bağçalara uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə əlaqədar qəbulun elektronlaşdırılması nəzərdə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol