• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oliqarx milyonerlər adasındakı evini satdı

Azərbaycanlı oliqarx milyonerlər adasındakı evini satdı
04.12.2018 12:47
Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov ABŞ-ın Flordida ştatındakı Fişer adasındakı (Mayami sahilləri) elit "Palazzo Del Sol" kompleksindəki mənzilini 8.5 milyon dollara satıb.

Anews.az Virtualaz.org-a istnadən xəbər verir ki, sənədlərə əsasən həmin mənzili alan rusiyalı Boris reznikdir. Reznik "Biorasi" araşdırma şirkətinin əsasını qoyub və onun arvadı Larisanın adına Fişer adasındakı "Seaside Village" kompleksində mənzil, habelə Aventurdakı "Hamptons Sotuh" kompleksində kondominium qeydiyyatdadır.

Bildirilir ki, Ağalarovun mənzilinin satışına dair sövdələşməyə əsasən 4738 kv. Fut ölçüsündə olan əmlak üçün hər kv.futa görə 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil deyil. Alıcı mebellər üçün əlavə 930 min dollar da ödəyib və nəticədə əmlakın ümumi satış qiyməti 9.4 milyon dollar olub.

"Luxe Living Realty" şirkətindən Dora Duiq bu sövdələşmədə həm satıcını, həm alıcını təmsil edib. Sənədlərə əsasən həmin mənzil 2016-cı ildə 10.7 milyon dollara satılmışdı.

Qeyd olunur ki, Araz Ağalarov həm Rusiya prezidenti Vladimir Putin, həm ABŞ prezidenti Donald Trampla şəxsi münasibətlərə malikdir. Onun oğlu Emin Ağalarov 2016-cı ilin iyulunda Nyu-Yorkdakı "Trump Tower"də Trampın oğlu və kürəkəni ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında görüşü təşkil etmişdi.

Həmin görüşdə rusiyalı vəkil Hillari Klinton barədə kompromatlar ötürməliydi, amma kiçik Donald Tramp bildirir ki, söhbət başlayanda Veselnitskayanın əlində kompromatların olmadığı bəlli olub. Hazırda həmin görüşü və Trampın Ağalarovla əlaqələrini Rusiyanın seçkilərə müdaxiləsi işi üzrə istintaqı aparan xüsusi prokuror Robert Müller araşdırır.

İstisna deyil ki, Ağalarovun ABŞ-dakı əmlakını satması bu istintaqla və ümumiyyətlə adının ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı oliqarxlar siyahısında yer alması ilə bağlı ola bilər. Fişer adası milyonerlər və milyarderlər adası kimi tanınır, oranın sakinləri ancaq zənginlərdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol