• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda icra başçısının müavininin oğlu avtomobillə polisi vurub? - İDDİA

Azərbaycanda icra başçısının müavininin oğlu avtomobillə polisi vurub? - İDDİA
04.12.2018 13:02
"Dekabrın 4-də Masallı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı iş başında olan zaman maşınla vurulub". 

Bu barədə BiG.AZ-a vurulduğu iddia edilən polisin qohumu məlumat verib. 

O qeyd edib ki, hadisə dekabrın 4-ü Masallı rayonunda saat 10 radələrində baş verib: "Masallı Rayonun Dövlət Yol Polisi Şöbəsinin baş serjantı Rəcəbli Azər Elxan oğlu xidmət apardığı zaman vətəndaşa "Dur" əmrini verib. Anacaq vətəndaş "Dur" əmrinə əhəmiyyət vermədən polis əməkdaşını vuraraq yolun kənarına atıb. Hazırda polis kəllə-beyin travması diaqnozu ilə reanimasiyadadır. Bundan əlavə ayağı və qulağı sınıb. Hazırda ayağı gibsdədir. Bütün bədəni gömgöydür. Amma həyatı təhlükəsi yoxdur. Vurulan polisin 35 yaşı var. Ailəlidir. Polisi vuran vətəndaş saxlanılıb. Biz istəyirik ki, həmin şəxs layiqli cəzasını alsın. Polisi vuran şəxs Masallı rayon icra başçısının müavini Qafarova Aybənizin oğludur. Həmin qadının adı dəfələrlə korrupsiyada hallandırılıb”. 

Masallı Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qafarova Aybəniz BiG.AZ-a açıqlamasında bildirib ki, bütün deyilənlər yalandır: "Mənim oğlum nə qəza törədib, nə də polis vurub. Oğlum saxlanılmayıb. Ola bilər ki, bu, mənə qarşı yönəldilmiş bir təxribatdır”. 

Masallı Rayon İcra Hakimiyyətini Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı vurğulayıb ki, bu yalan məlumatdır. 

"Hazırda Aybəniz xanım işdədir. Belə bir hadisənin baş verməsinə inanmıram. Masallı rayonunda nə qədər böyük tıxac ola bilər ki, polis vurulsun. Ola bilər ki, Aybəniz xanıma atılan böhtandır. Belə bir hadisə baş versəydi bizim də məlumatımız olardı”. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol