• $
  • €
  • ₽
  • ₺
  • £

Tozsorandan psixotrop maddə tapıldı

Tozsorandan psixotrop maddə tapıldı
04.12.2018 19:00
"Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükündə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Anews.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Əl yükünə baxış zamanı, "Fantom" markalı tozsoranın içərisindən sellofan paketdə külli miqdarda, təsiredici maddəsinin miqdarı 145,05 qram təşkil edən 967 həb MDMA (ekstazi) psixotrop maddəsi aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən başlanan cinayət işi çərçivəsində həmin psixotrop maddəni götürmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn 3 nəfər Azərbaycan vətəndaşı da saxlanılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin təqsirini sübut edən kifayət qədər dəlillər toplanıldığı üçün onlar şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayətkar qrupun əlaqələrinin aşkara çıxarılması, təqsirləndirilən şəxslərin başqa cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, cinayətlərin törədilməsində iştirakı olan digər şəxslərin, o cümlədən aşkar edilən psixotrop maddələrin Azərbaycanda kimlərin vasitəsilə və haralarda realizə ediləcəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol