• $
  • €
  • ₽
  • ₺
  • £

Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi

Çindən Azərbaycana 1 milyon tut tingi gətirildi
04.12.2018 20:00
Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ölkəyə Çin Xalq Respublikasından daha 1 milyon ədəd tut tingi (çəkil) gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Anews.az-a verilən məlumata görə, çinli mütəxəssislərin müşayiəti ilə ölkəmizə gətirilən tut tingləri 36 rayona göndərilib.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, gətirilən tut tingləri rayonlardan verilən sifarişlər əsasında bölüşdürülür. Rayonlarda əvvəlcədən müəyyənləşmiş ərazilərdə tut tingləri Çin texnologiyası əsasında əkiləcək. Əkin prosesini Çindən gəlmiş mütəxəssis müşahidə edəcək. Nazir müavini indiyə kimi ölkəyə 3,5 milyon çəkil tinginin gətirildiyini deyib.

Bu il ölkədə 514 ton yaş barama istehsal olunduğunu xatırladan İlham Quliyev bildirib ki, yeni tinglərin gətirilməsi gələn il daha çox məhsul əldə etməyə imkan verəcək. Çin Xalq Respublikası ilə aparılan danışıqlara əsasən bu il ölkəyə 20 min qutu ipəkqurdu gətirilməsi nəzərdə tutulur. Gətirilən tut tingləri və ipəkqurdu kümçülərə əvəzsiz olaraq veriləcək.

Nazir müavini qeyd edib ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar.

Qeyd edək ki, "Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol