• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəngə səbəb olan 4 növ məhsul

Xərçəngə səbəb olan 4 növ məhsul
04.12.2018 20:30
Bütün dünyada xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı ildən ilə dayanmadan artır.

Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır. Mütəxəssislər xərçəng xəstəliyinə səbəb ola bilən 4 qrup qida məhsullarını təyin ediblər. Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə bu məhsulların siyahısını təqdim edir:

- Şəkərlə zəngin olan qidalar

Şəkərdən sui-istifadə bir çox xərçəng növünün (düz bağırsaq, süd vəzi, sidik kisəsi, mədə, qida borusu və s.) riskini artırır. Şəkərin (qlükoza) orqanizmdə parçalanması xərçəng hüceyrələrinin artması prosesini stimullaşdırır.

Bu tək şəkərə deyil, şəkər əvəzedicilərə də aiddir. Mütəxəssislərin fikrinə görə, şəkər əvəzediciləri  şəkərdən qat-qat daha ziyanlı və təhlükəlidir ki, onlardan tam imtina etmək lazımdır.

Lakin şəkərdən tam imtina etmək olmaz. Qlükozanın qanda və beyin toxumalarında konsentrasiyanın aşağı olması sinir toxumasının xərçəngi riskini artıra bilər.

- Kolbasa, sosis, vetçina və s.

Ümumdünya xərçəng araşdırması agentliyi bu məhsulları təsdiq olunmuş kanserogen aktivliyinə malik olan məhsullar kimi qiymətləndirir. Kolbasa və s. bu kimi emal olunmuş ətdən hazırlanmış qidaların müntəzəm olaraq istehlakı yoğun bağırsaq xərçənginin riskini xeyli artırır. Həmçinin elmi araşdırmalar göstərir ki, bu məhsullardan sui-istifadə süd vəzi xərçənginin də riskini artırır.

- Yağlı məhsullar

Araşdırmalar göstərib ki, çox yağlı məhsulların müntəzəm olaraq istehlakı bağırsaqda və bir çox digər orqanlarda xərçəng şişlərin böyüməsini stimullaşdırır. 

- Emal olunmuş qidalar, yarımfabrikatlar, yararlıq müddəti uzun olan qidalar

Müxtəlif hazır qıdalar (şirniyyatlar, çipsi, suxarı və s.), şirin qazlı içkilər, dükanlarda satılan pizza, blinçiklər, düşbərə və s. bu kimi yarımfabrikatların istehsalı zamanı çoxlu miqdarda şəkər, duz və süni yağlar (marqarin və s.), konservant, dadlandırıcılar və s. kimyəvi maddələrdən istifadə olunur. Nəticədə bu məhsullar orqanizmə heç bir fayda vermir, əksinə orqanizmi zəiflədir, hüceyrələr səviyyəsində pozulmalar yaradır, müxtəlif xəstəliklərin və o cümlədən xərçəngin riskini artırır.   

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol