• $
  • €
  • ₽
  • ₺
  • £

Nuşirəvan Məhərrəmli aparıcıları tənqid etdi: "Varvarizm baş alıb gedir"

Nuşirəvan Məhərrəmli aparıcıları tənqid etdi: "Varvarizm baş alıb gedir"
05.12.2018 11:55
"Milli Televiziya və Radio Şurasının da fəaliyyətinin ana xəttində Azərbaycan dilinin qorunması durur. Bu gün televiziyalar Azərbaycan dilinin tətbiqi ilə bağlı bütün işləri görüblər. Təəssüf ki, çıxışların ədəbi dil qaydalarına uyğun olmaması hələ də, televiziyalarda ciddi problem olaraq qalır”.

Anews.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfransda çıxışı zamanı deyib.

N.Məhərrəmli bildirib ki, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə Şuranın birlikdə apardığı monitorinq telekanallarda ədəbi dil qaydalarının aşkarlanması və aradan qaldırılması məqsədi daşıyır.

"Bu monitorinqlərin nəticəsində ildən-ilə Azərbaycan dili ilə bağlı televiziyalarda irəliləyiş hiss olunur. Düzdür, hələ ki bu sahədə vəziyyət ürəkaçan deyil. Bizi narahat edən məsələ daha çox şou xarakterli verilişlərin aparılcılarının dili ilə bağlıdır. Onların dilində bayağı, loru, varvarizmlərdən istifadə baş alıb gedir. Bu bizi narahat edir. Telekanal rəhbərləri bu məsələyə xüsusi önəm verməlidirlər. Onlar aparıcıları işə qəbul edəndə Azərbaycan dilini bilməsinə diqqət ayırmalıdırlar. Bəlkə də, bu məsələnin hələ də mövcud olmasında bizim də günahımız var”.

N.Məhərrəmli bildirib ki, xüsusən reklam çarxları, sağlamlıq verilişlərində bəzi ifadələrin ana dilində olmaması Şuranı ən çox narahat edən məsələdir:

"Bununla bağlı televiziya rəhbərləri ilə danışıqlar aparmışıq. Bəzi irəliləyişlər var. Telekanallarla bağlı digər məqam texnologiya ilə dilimizə daxil olan əcnəbi sözlərin istifadəsidir. Bəzi ölkələrin öz siyasətlərini mədəniyyət, təhsil, elm sahəsi ilə digər dövlətlər ərazisində yeridir. Texnoloji yeniliklərlə bağlı çoxlu xarici ifadələrin dilə gəlməsinin qarşısını müəyyən qədər almağa çalışmalıyıq. Bu sahədə televiziyaların fəaliyyəti qənaətbəxş deyil”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol