• $
  • €
  • ₽
  • ₺
  • £

Nazim İbrahimovun qardaşı məhkəmədə özünü təqsirli bilmədi

Nazim İbrahimovun qardaşı məhkəmədə özünü təqsirli bilmədi
28.05.2020 22:49
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə işi üzrə məhkəmə istintaqı başlayıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib. 

İttihama münasibət bildirən S. İbrahimov özünü təqsirli bilməyib. ə

Sonra zərərçəkmiş Mərdan Vəliyev ifadə verib. O deyib ki, 2013-cü ilə o, "STS” şirkətindən mənzil almaq üçün müqavilə bağlayıb. Bağlanan müqavilənin dəyərinin 105 min 270 manat məbləğində olduğunu deyən zərərçəkmişin sözlərinə görə, aldığı mənzilin sonradan başqa adama satıldığı üzə çıxıb:

"Mənzil təmir olundu, qapısı da qoyuldu. Mənzilə köçmək istəyəndə məlum oldu ki, ev başqasına satılıb. Mənə dedilər ki, sizə başqa mərtəbədə ev veriləcək. Lakin mən razılaşmadım, şikayət etdim. Bundan sonra mənzili mənə qaytardılar. Hazırda ev məndədir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbim yoxdur”. 

Zərərçəkmiş şəxs təqsirləndirilən S.İbrahimovu tanımadığını, müqavilənin Məzahir Cəfərovla imzalandığını deyib. 

Digər zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani İmanov çıxış edərək, müvəkkilinin Rusiyada olduğunu, işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirib. X.İmanov deyib ki, E.Allahverdiyev "STS” şirkətindən mənzil almaq üçün S.İbrahimova müraciət edib:

"Sahib İbrahimov isə Xətai rayonunda inşa edilən binada iki mənzilin boş olduğunu bildirib. İki mənzil üçün 162 min 400 dollar pul istənilib. Bu pul Sahib İbrahimovun möhürü ilə şirkətin kassasına ödənilib. Ancaq bizə hələ də mənzil verilməyib.

Mən S.İbrahimovla görüşsəm də o, mənə mənzilin qaytarılacağı barədə söz verib, lakin vədinə hələ də əməl etməyib”. 

Zərərçəkmiş şəxsin nümayəndəsi dəymiş zərərin ödənilməsini tələb edib və ötən prosesdə mülki iddianı məhkəməyə təqdim etdiyini xatırladıb. 

Təqsirləndirilən S.İbrahimov isə zərərçəkmiş şəxsi tanımadığını qeyd edib:

"Mənimlə müqavilə imzalanmayıb, Etibar Allahverdiyevi heç vaxt görməmişəm”. 

S.İbrahimovun vəkili Rəna Məmmədova da zərərçəkmiş şəxs Etibar Allahverdiyevin özünün məhkəməyə çağırılıb dindirilməsini istəyib. 

Proses dekabrın 12-dək təxirə salınıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol