Gömrükdə 70 kq balıq aşkar edildi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb.
Komitədən Anews.az-a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında - qaz balonunun altında gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 70 kq olan 20 ədəd balıq aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























