• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc oğlan dəhşətli hadisədən danışdı: “Yoldaşım duş qəbul edib çıxanda…”

Gənc oğlan dəhşətli hadisədən danışdı: “Yoldaşım duş qəbul edib çıxanda…”
05.12.2018 19:02
Bakının Suraxanı rayonunda ailə quran gənclər isə dəm qazı boğulmasından xilas edilib.
ARB TV xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsində qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə yollanan sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Polislər qonşuların iştirakı ilə ikinci mərtəbədə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar. Toğrul Hidayətzadə və onun həyat yoldaşı Aysel halsız vəziyyətdə aşkar edilib. Təcili tibbi yardım gələnə qədər polis əməkdaşı Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.
Nazim Əzizov – 33-cü PB-nin sahə inspektoru: "Pəncərədən içəri daxil oldum. Hiss etdik ki, içəridə qazdan boğulma var. Hamam su ilə dolu idi. İki gənc yerdə uzanıqlı vəziyyətdə idi. Dərhal həmin şəxsləri çölə çıxartdım. Pəncərələri açıb, onlara süni nəfəs verdim”.
Hər iki zərərçəkən 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq onların həyatına heç bir təhlükə yoxdur. Onlar özlərini normal hiss edirlər.
Toğrul Hidayətzadə – Zərərçəkən: "Noyabr ayının 25-də ailə qurmuşuq. Yoldaşım ayın birindən ikisinə keçən gecə duş qəbul edib çıxandan sonra bildirdi ki, ürəyi bulanır, qaytardı. Gördüm vəziyyəti yaxşı deyil, getdim yanına ki, onu çıxarım. Elə bu zaman mənim ürəyim getdi. Nazim və Pünhan müəllim sağ olsunlar köməklik göstədilər. Onların timsalında bütün Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”.
Rəfael Hidayətzadə – Zərərçəkənin atası: "Ömrüm boyu onlara minnətdaram. DİN-nə belə qəhrəman, cəsartəli, igid polis əməkdaşlar yetişdirdikləri üçün təşəkkür edirəm”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol