• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülər agentlik əməkdaşlarına küt alətlərlə hücum etdilər - Bakıda

Sürücülər agentlik əməkdaşlarına küt alətlərlə hücum etdilər - Bakıda
05.12.2018 21:00
akı Nəqliyyat Agentliyinin daynma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücum edilib.


Anews.az BNA-ya istinadən xəbər verir ki, Hadisə bu gün axşam saatlarında, "Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib.
Belə ki, Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxlayıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.
Verilən məlumata görə, sürücünün şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.
Qeyd edək ki, BNA tərəfindən yollarda nəqliyyat vasitələrinin fasiləsiz və normal hərəkətinə maneə yaradan halların aradan qaldırılması, həmçinin yolların bütün hərəkət iştirakçıları, xüsusən də piyadalar üçün daha təhlükəsiz vəziyyətə gətirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilməkdədir.
Hərəkətin intensiv olduğu və eyni zamanda əsas nəqliyyat yükünün üzərinə götürən yollar, o cümlədən, Q.Qarayev, Bülbül, H.Cavid, Azadlıq prospektləri, 28 may, R.Behbudov, S.Vurğun, C.Cabbarlı, B.Vahabzadə və Ş.Qurbanov küçələrinə nəzarət daha da artırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol