Bacısıgilə qonaq gedən tələbə qız ölüb

Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.
Anews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib.
Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L.İbrahimzadə ötən gün bacısı Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.
Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























