• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir metro xətti çəkilir

Daha bir metro xətti çəkilir
07.12.2018 11:32
Bakı Metropoliteni "bənövşəyi" xətt üzərində yerləşəcək "Xocasən" deposunun tikintisinə başlayıb. 

Anews.az xəbər verir ki, metropolitan hazırda "Xocasən" elektrik deposuna qədər tikintisi nəzərdə tutulan dəmiryolu ilə kəsişən qaz kəmərinin köçürülməsi işinin hazırlığını həyata keçirir. Bunun üçün "Bakı Metropoliteni" QSC-nin "Xocasən" elektrik deposu sahəsində "Biləcəri-Heybət” mənzilindən "Xocasən" elektrik deposuna qədər tikintisi nəzərdə tutulan dəmiryolu ilə kəsisən qaz kəmərinin köçürülməsi işlərinin satınalınması üçün açıq tender elan edib. Tenderin qalibi 2019-cu il 22 yanvar tarixində açıqlanacaq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda "Xocasən" elektrik deposunun tikinti üçün layihələndirmə işləri aparılır: "Artıq deponun bir tunelinin tikintisi başa çatdırılıb, digər tunelin tikintisi isə davam etdirilir. Hazırda Xocəsənə kimi işlər mərhələli şəkildə aparılır”.

Bəxtiyar Məmmədov digər depolar kimi, yeni deponun da tikintisindən sonra sözügedən ərazidə yaşayan insanların qatarlardan istifadə etməsini istisna etməyib: "Hazırda yuxarıda qeyd etdiyim kimi, layihələndirmə işləri yekunlaşdırıldıqdan sonra bu məsələ də məlum olacaq. Depo özü sırf metropolitenin ehtiyacları üçün nəzərdə tutulur. Amma burada da stansiya, dayanacaq formasında obyektdə salına bilər. Misal üçün 1967-ci ildə Bakmil stansiyası istifadəyə veriləndə kiçik idi. Sonradan 1979-cu Heydər Əliyevin göstərişi ilə Bakmil stansiyası böyüdülüb sərnişinlərin istifadəsinə verildi”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol