• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda ərinin ailəsi qızılları tələb etdi - 2 uşaq anası özünü öldürdü

Salyanda ərinin ailəsi qızılları tələb etdi - 2 uşaq anası özünü öldürdü
07.12.2018 15:45
Xəbər verdiyimiz kimi, Salyan rayonunda iki uşaq anası intihar edib.

Anews.az Unikal.org-a istinadən hadisənin təfərrüatlarını əldə edib. 

Rayonun Xələc kəndində 1991-ci il təvəllüdlü Ülviyyə Hafiz qızı Əliyeva yaşadığı evdə özünü asaraq intihar edib. Ülviyyə Əliyevanın həyat yoldaşı Əliyev Natiq Taleh oğlu Qobustan rayonunda mühafizəçi işləyir. İntihar edən xanımın iki azyaşlı qızı var. Onlardan birinin 3, digərinin 5 yaşı var. Kənd sakinlərinin dediklərinə görə, Ülviyyə Salyana Hacıqabul rayonundan gəlin köçüb. Onlar 7-8 ildir ailəli imiş.
 
İlkin məlumata görə, Ülviyyə Əliyevanın intihar etməsinə səbəb ailələrində qızıl zinət əşyaları üstündə mübahisə yaranıb. Belə ki, Natiq Əliyevin ailəsi gəlinlərinə toylarında hədiyyə etdikləri qızıllar 3-4 gündür yoxa çıxıb. Oğlanın ailəsi 27 yaşlı gəlinlərini qızılları atasıgilə verməkdə ittiham edib. Bundan sonra qadın yaşadıqları iki mərtəbəli evdə intihar edib. Gənc qadının asılmış vəziyyətdə olan meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, qadın özünü axşam saatlarında asıb. Ülviyyə Əliyevanın ərinin ailəsi onu Salyanda dəfn etmək istəsələr də qadının ailəsi buna razı olmayıb. Mərhum dəfn olunmaq üçün Hacıqabul rayonuna aparılıb.
 
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol