• $
  • €
  • ₽
  • ₺
  • £

DSX köməksiz qalan balıqçıları xilas edib

DSX köməksiz qalan balıqçıları xilas edib
07.12.2018 19:30
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Anews.az-a verilən xəbərə görə, 2018-ci ilin 4 dekabr tarixində "Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən "SA-16129” bort nömrəli, "Yamaha-75” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə köməklik göstərilməsi barədə müraciət edilib.

Sahil nəzarəti bölməsi tərəfindən mərkəzi istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb. Sərhəd gözətçi gəmisi tərəfindən dalğalı hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən Makarov bankasının qərb istiqamətində sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib. 
Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınmış, qayıqda olan 2 nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin bortuna götürülüb. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatolyeviç və İbrahimov Ağasəf Sahib oğlu olublar.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol