• $
  • €
  • ₽
  • ₺
  • £

Fəxri xiyabanda kimlər dəfn olunmalıdır?

Fəxri xiyabanda kimlər dəfn olunmalıdır?
07.12.2018 20:00
Son illər tanınmış şəxslər, şair və yazıçılar, bəstəkarlar rəhmətə getdikdə onların dəfni ilə bağlı mübahisəli məqamlar ortaya çıxır. Fəxri xiyabanda dəfn olunma qayaları, bu prosesin tənzimlənməsi ilə bağlı nüanslar bir qədər qapalı olduğundan insanlar arasında çaşqınlıq da yaranıb. Bu məsələdə fərdi yanaşmanın olması fikri hakim kəsilməyə başlayıb. Xüsusilə, bir neçə il öncə, xalq yazıçısı Sabir Əhmədovun Fəxri xiyabanda dəfninə icazə verilməməsi, digər xalq yazıçısı İsa Muğannanın Fəxri xiyabanda dəfninə gec qərar verilməsi, ustad Aşıq Ədalətin doğulduğu Qazax rayonunda torpağa tapşırılması belə fikirlərin tez-tez səslənməsinə gətirib çıxardı.

Bəs maraqlıdır, qaydalara əsasən, kimlər Fəxri Xiyabanda dəfn edilə bilər? Bununla əlaqədar şərtlər nələrdir?

Bu suallara cavab tapmaq üçün Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə əlaqə saxladıq. Departamentin hüquq şöbəsindən bildirildi ki, tanınmış şəxslər vəfat etdikdə, onların Fəxri xiyabanda dəfn olunması ilə bağlı Nazirlər Kabineti və digər üst qurumlar qərar qəbul etməlidir:

"Görkəmli şəxslərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı ölkə başçısının fərmanı olmalıdır. Bu zaman vəfat edən şəxslərin qəbir abidəsinin ucaldılması, abadlıq işlərinin həyata keçirilməsini ayrılan vəsait hesabına Əhaliyə Vətəndaşlıq Xidməti Tresti həyata keçirir. I və II Fəxri xiyaban olmasının fərqi yoxdur, eyni qaydalar tətbiq olunur".

Qeyd edək ki, Fəxri xiyaban Azərbaycan hökumətinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılıb.

Fəxri xiyabanda dəfn olunanlar əsasən Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya müharibəsi illərində alman faşizminə qarşı döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş adamlardır.

Sovet hakimiyyətinin qurulması və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, yüksək vəzifəli partiya işçilərinin də bir qismi Fəxri xiyabanda dəfn olunub. Dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş insanlar da var. Beləliklə, Fəxri xiyaban vaxtaşırı ziyarət yerinə çevrilmişdir.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, insanın harada dəfn olunması onun dəyərini yüksəltmir:

"İnsanlar bilməlidir ki, Allah qatında yüksək mərtəbədə olmaq lazımdır. Fəxri Xiyabanda dəfn olunma məsələsində isə konkret nəzərdə tutulan qaydalar var. Ola bilər, həmin qaydalara baxılmadan addım atılsın. Bu isə zaman-zaman mübahisəli məqamları ortaya çıxarır. Məsələn, akademik Məşədixanım Nemətova vəfat etdikdə Zabratda kimsəsiz bir məkanda dəfn edildi. Heç bir bir əhəmiyyət verilmədi ki, o, öz gücünə akademik olmuş, Azərbyacanın sayılıb-seçilən şəxsiyyətlərindən biri idi.

Qeyd etdiyim kimi, insanlar bu məqamlara diqqət etməkdənsə, öz əməlləri ilə, fəaliyyətləri ilə hörmət qazansalar daha yaxşı olar. Fəxri xiyabanda dəfn olunan, buna rəğmən Azərbaycanı sevməyən, onun müstəqilliyini qəbul etməyən, bu xalqa ziyan vurmağa çalışan insanlar da var. Əli Bayramov və başqalarını misal gətirmək olar. Ona görə, Fəxri xiyabanda dəfn olunmaq deyil, yaxşı əməlləri ilə seçilmək prioritet olmalıdır". (modern.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol