• $
  • €
  • ₽
  • ₺
  • £

"Atillanın ayağı dəyən hər türk torpağına iddialıyıq" - Cavid Qurbanov

"Atillanın ayağı dəyən hər türk torpağına iddialıyıq" - Cavid Qurbanov
28.05.2020 20:05
"Vaxtilə Vorontsov Lazarevi Təbrizin komendatı təyin etmişdi. O, Lazarev deyil, Lazaryandır. Ona görə də yəqin ki, "Lazaryan klubu” desək, daha yaxşı çıxar”.

Deputat, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu fikirləri Milli Məclisin plenar iclasında çıxış edərkən söylədi. "Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbirdə Azərbaycana qarşı iddiaların səslənməsinə toxunan C.Qurbanov Rusiya Dövlət Dumasının ermənipərəst deputatı K.Zatulinin səsləndirdiyi iddialara da reaksiya verdi: "İndi Zatulin gedib həmin klubda yallanır. Ona görə də səs çıxartmalıdır, nəsə deməlidir. Bu iddialar sadəcə iki deputatın arasını vurmağa yönəlmiş cəhddir. Ancaq onun bu fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz”.

C.Qurbanov bu yaxınlarda ölkə prezidentinin rəhbərliyi ilə Rusiyada, dövlətlərarası komissiyanın işində iştirak etdiyini xatırlatdı: "İnanın ki, mən ordakı münasibətləri gördüm. İçəridəki münasibətləri bilirəm. Çox gözəl, səmimi münasibətlər var və Rusiya ilə hər şey qaydasındadır. Cənab prezidentin özünün dediyi kimi, ötən il 800 min rus bura gəlib. İndi yoxlasınlar, görsünlər Ermənistana hərbçilərdən başqa kim gedir?”

Deputat bəyan etdi ki, ermənilərin və onların havadarlarının Azərbaycanın tarixi torpaqlarına iddiaları mənasızdır: "Biz heç vaxt öz torpaqlarımızdan imtina edəsi deyilik. Əvvəl-axır Atillanın ayağı dəyən hər türk torpağına biz iddialıyıq. Ermənilərin yaşadığı ərazi də bizim torpaqdır, Hüseynqulu xanın torpaqlarıdır. Biz o torpaqları da geri almalıyıq”.

Ermənilərin iddialarını mənasız sayan C.Qurbanov ardınca dedi ki, bizim işimiz siyasətimizi uğurla davam etdirmək, iqtisadiyyatımızı və ordumuzu gücləndirmək, torpaqlarımızı işğaldan azad etməkdir. (musavat)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol