• $
  • €
  • ₽
  • ₺
  • £

2,5 milyon manatlıq cinayətlə bağlı YENİ XƏBƏR

2,5 milyon manatlıq cinayətlə bağlı YENİ XƏBƏR
22.10.2014 17:29
Vətəndaşları aldadaraq evlərini girov qoymaq yolu ilə banklardan külli miqdarda pul vəsaitlərini talayan dəstə üzvlərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, istintaq zamanı Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürəhmanovun 2008-2009-cu illər ərzində “Kapitalbank” ASC-nin 2 saylı Yasamal filialının müdiri İlham Qasımov, “Azəriqazbank” ASC-nin Gəncə filialının müdiri Seymur Həsənov, həmin filialın xəzinədarı Nahid Allahverdiyev, kredit şöbəsinin mütəxəssisi Elmir Qurbanov, “Royalbank” ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı və Gəncə şəhər sakinlərinin etibarlarından sui-istifadə edib onları aldadaraq evlərini banklara girov qoymaqla adlarına külli miqdarda pul vəsaitlərini rəsmiləşdirərək mənimsəmə və israfetmə yolu ilə talamasında, habelə Tovuz rayon sakinlərinin adlarına saxta kredit müqavilələri və digər kredit sənədlərinin tərtib olunması yolu ilə qeyd edilən və digər bankların ümumilikdə 2 milyon 468 min manat məbləğində külli miqdarda əmlakını ələ keçirmələrində əsaslı şübhələr olduğundan Rafael Əbdürəhmanova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), Ədalət Müseyibova və Zöhrab Bayramova 179.3.2-ci maddəsi ittiham edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbirləri, cinayətin digər (cəmi 15 nəfər) iştirakçılarına isə CM-in 178.3.2, 179.3.2, 308.2 və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.Vətəndaşlara və digər hüquqi şəxslərə dəymiş ziyanın istintaq zamanı qismən ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol