• $
  • €
  • ₽
  • ₺
  • £

Saatların çəkilməsi düzgündürmü? - Mənfi təsirlər

Saatların çəkilməsi düzgündürmü? - Mənfi təsirlər
22.10.2014 16:44

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində yay vaxtının ləğv olunması və qış vaxtına keçilməsi hər il oktyabrın axırıncı bazar günü həyata keçirilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gerçəkləşdirir.

Əslində yay vaxtı dedikdə, ümumi qəbul edilmiş saat qurşağına münasibətdə bir saat irəli çəkilmiş vaxt nəzərdə tutulur. Yay vaxtına keçilməsi mart ayının sonuncu bazar günü həyata keçirilir. Oktyabda isə saat yenidən geri çəkilərək “qış vaxtı”na keçilir. “Qış vaxtı”na keçilməsi oktyabr ayının sonuncu bazar günü həyata keçirilir. Beləliklə, oktyabrın 25-də saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv ediləcək.

Xatırladaq ki, saat əqrəbinin irəli və geri çəkilməsi ilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Saatların çəkilməsinə ilk dəfə 1908-ci ildə İngiltərədə başlanılıb. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. Daha sonra dünyanın əksər ölkələrində bu rejim tətbiq olunub. 

1981-ci ildən başlayaraq qış və yay vaxtına keçid dünyanın 110 ölkəsində həyata keçirilir.  Lakin yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. Dünyada 116 ildir tətbiq edilən bu prosedur 15 ilə yaxındır ki, Azərbaycanda da gerçəkləşdirilir və bu addımın əsas səbəbi kimi iqtisadi səmərə göstərilir. Amma son onilliklərdə dünya üzrə "yay vaxtı"nın tədbiqinin vurduğu bioloji zərərin iqtisadi faydasından çox olduğunu düşünənlərin sayı getdikcə artmaqdadır. Onlara misal olaraq Türkmənistan, Özbəkistan, Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya, Gürcüstan və digər ölkələrin adlarını çəkmək olar. Saatların irəli-geri çəkilməsinin insan orqanizminə mənfi təsir göstərdiyini əsas gətirən Ukrayna və Rusiya da bu ölkələr sırasındadır

Bir çox elmi-tədqiqatlar yay vaxtına keçidin insan sağlamlığına mənfi təsir etdiyini sübut etdirir. Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbindən ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. ABŞ-da hesablayıblar ki, saatların əqrəblərinin çəkilməsindən sonra xəsarət alanların sayı 7 faiz artır, əmək məhsuldarlığı da elə o qədər azalır. Bəzi ölkələrdə artıq qərara gəliblər ki, saatların çəkilməsi nəticəsində itkilər iqtisadi qazancı üstələyir. 

Aparılan sorğuların nəticələrinə əsasən müəyyən olunub ki, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Rusiyanın Tibb Elmləri Akademiyasının alimlərinin apardığı elmi araşdırmaya əsasən, qışdan sonra insanın orqanizmi zəifləyir, ona görə də saatlara müdaxilə edilməsi, onların irəli-geri çəkilməsi məsləhət görülmür. Alimlərin fikrincə, bu zaman daha çox xroniki xəstəlikləri olan insanlar əziyyət çəkir. Keçid dövrü - yəni yay və qış vaxtına keçilməsi insan səhhətinə mənfi təsir göstərir. Statistikaya əsasən, saat əqrəblərinin çəkilməsi aşağıdakı hallara səbəb olur: infarktların sayı 1,5 dəfə artır; intiharların sayı 0,66% artır; təcili yardıma müraciətlərin sayı artır. 

Bundan əlavə insanların əmək qabiliyyətində də azalma müşahidə edilir. Buna əsasən, alimlər yay vaxtının insan səhhətinə mənfi təsir göstərməsi barədə son, rəsmi nəticəyə gəlib. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri də saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaratdığını sübut edir. Mütəxəssislərin fikrincə, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, insan orqanizminin öz bioloji saatı var və yay vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxır, stress yaranır, yuxu rejiminin pozulması halları baş verir, ürək-damar xəstəlikləri yaranır, immun sistemi, maddələr mübadiləsi pozulur. Yay vaxtına keçilməsi hətta qadınlarda hormonal dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da qadınların uşaq dünyaya gətirmə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Saat əqrəblərinin çəkilməsinin mənfi təsirini psixoloqlar da qeyd edirlər. Psixoloqlar hesab edirlər ki, saatların çəkilməsi insanların davranışında da özünü göstərir. Belə ki, insanlar öz “daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq yaradır, anaların davranışlarına təsir edir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir.  Keçid dövrünü ən pis uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslər keçirir. 

Amma elmi araşdırmalar yay vaxtına keçidlə elektrik enerjisinə qənaət edildiyini ortaya çıxarır. Azərbaycanda səhərin daha erkən açıldığı nəzərə alınarsa, qənaətin daha çox olduğun müəyyən etmək olar. Təxmini hesablamalara görə Azərbaycanda hər il qış və yay vaxtına keçiddən 50 milyon manat qənaət edilir. Həmçinin insanlar illərlə qazanılmış təcrübəyə əsasən bildirirlər ki, yay vaxtı erkən saatlarda insanın iş fəallığı daha yüksək olur, məhsuldarlıq artır. Yəni bu məsələnin dolayı faydalarının daha yüksək olduğu bildirilir. Qeyd edək ki, Azərbaycanın rəsmi məqamları da qış vaxtına keçidim əsas səbəbi kimi enerjiyə qənaət olunmasını göstərir. Təxmini hesablamalara görə, yay-qış vaxtına keçməklə hər il enerji istehlakına 2-3% qənaət olunur.

Mehman 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol