• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pensiyalarla bağlı YENİLİK

Azərbaycanda pensiyalarla bağlı YENİLİK
22.10.2014 15:55

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi bankomatların tətbiqi vasitəsi ilə pensiyaların verilməsi prosesini təkmilləşdirmək niyyətindədir.

Bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çərşənbə günü “Sosial müdafiə sahəsində göstərilən elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması” mövzusunda texniki seminarda çıxışı zamanı bildirib.Onun sözlərinə görə, həmin bankomatların poçt rabitəsi şöbələrində quraşdırılması planlaşdırılır. Söhbət yalnız pensiyaların alınması üçün nəzərdə tutulan bankomatlardan gedir.Bununla yanaşı, pensiyaları əvvəllər olduğu kimi, bankların quraşdırdıqları bankomatlar vasitəsilə də almaq mümkün olacaq.S.Müslümov deyib:“Bu gün təxminən 1,28 milyon vətəndaş orta hesabla 300 dollar məbləğində pensiya alır, təxminən 491 min nəfər ünvanlı sosial yardım, 321 min vətəndaş müxtəlif dövlət sosial yardımları alır. Nəticədə ölkə əhalisinin 21 faizi sosial təminat sistemi ilə əhatə olunub. Və bu işlərin hamısı ölkədə yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizədək azaldılmasına imkan verib”.Nazirin sözlərinə görə, burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi çox mühüm rol oynayır. Bu gün planet əhalisinin təxminən 4 milyardı (təqribən 57 faizi) mobil rabitə istifadəçisidir. Azərbaycanda mobil rabitənin nüfuz səviyyəsi 110 faiz təşkil edir:“Ölkədə əhalinin 70 faizindən çoxu internet xidmətləri ilə əhatə olunub. Bu, vətəndaşların sosial xidmətlərə çıxışını asanlaşdırır və iş əhaliyə göstərilən elektron xidmətlərin siyahısının genişləndirilməsi üzrə iş aparan dövlət orqanlarının tərəfində qalır”//Trend)
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol