• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 7 nəfərin öldürüldüyü dəhşətli olayla bağlı - YENİ XƏBƏR

Azərbaycanda 7 nəfərin öldürüldüyü dəhşətli olayla bağlı - YENİ XƏBƏR
22.10.2014 15:33

Bir müddət əvvəl Goranboy rayonunda 7 nəfərin öldürüldüyü olayla bağlı araşdırmaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.

Lent.az-ın məlumatına görə, Goranboy rayon Prokurorluğunda başlanmış cinayət işinin materialları Bakıya gətirilib və istintaq burada davam etdiriləcək.Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboy rayonunun Səfikürd kəndində dəhşətli qətliam törədilib. Kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qaynını çağırıb. Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R.Hüseynov qaynına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub.Qətlə yetirilən şəxslər bunlardır:1958-ci il təvəllüdlü Məmmədova Diləzbər Alı qızı1983-cü il təvəllüdlü Məmmədova Fərqanə Allahyar1951-ci il təvəllüdlü Məmmədova Ofelya İsa qızı1963-cü il təvəllüdlü Məmmədova Həvayət Xanlar qızı1984-cü il təvəllüdlü Hüseynova Südabə Allahyar qızı1989-cu il təvəllüdlü Məmmədov Namiq Allahyar oğlu2011-ci il təvəllüdlü Məmmədov İsa Elvin oğlu.R.Hüseynov qumbaranın ona Qarabağ müharibəsində iştirak etmiş qardaşından qaldığını deyib. Qardaşı 2005-ci ildə intihar etdikdən sonra qumbara Rafiqdə qalıb.Qeyd edək ki, R.Hüseynovun qətlə yetirdiyi şəxslər onun yaxın qohumlarıdır. Südabə Hüseynova isə onun həyat yoldaşı olub.Hadisə nəticəsində yaralanan Günel Məmmədova əməliyyat olunmaq üçün Bakıya gətirilib. Hazırda o paytaxt xəstəxanalarından birində müalicə olunur.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol