Nizami metrosu yaxınlığında qanlı olay - FOTO

Azərbaycanın gənc ilahiyyatçısı Seyyid İsa Ələkbərin hücuma məruz qalaraq döyüldüyü barədə məlumatlar yayılıb.
Anews.az A24.az-a istinadən xəbər verir ki, ilahiyyatçının metronun Nizami stansiyasının yaxınlığında döyüldüyü bildirilir. Məlumata görə, ilahiyyatçı metronun yanında iki gənc oğlan tərəfindən hücuma məruz qalıb. Daha sonra gənclər onu döyərək xəsarətlər yetiriblər. S.İ.Ələkbərin üz və burun nahiyəsindən xəsarət aldığı qeyd olunur.
Döyülməsi xəbərini təsdiq edən gənc din xadimi sui-qəsdə məruz qaldığını deyib: "Salamatam, şükürlər olsun. Xəbər doğrudur".
Qeyd edək ki, S.İ.Ələkbər Azərbaycanın ən gənc ilahiyyatçısı kimi tanınır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























