• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslardan istifadə edənlərin nəzərinə: Bu xəbəri mütləq oxuyun — VİDEO

Avtobuslardan istifadə edənlərin nəzərinə: Bu xəbəri mütləq oxuyun — VİDEO
11.12.2018 16:17
Avtobuslarda tikinti materialları, heyvanların aparılması sərnişinləri çox vaxt narahat edir. Təəssüflər olsun ki, bu hallar getdikcə daha da artır.

Anews.az xəbər verir ki, ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Vəziyyət o yerə çatıb ki, avtobusların oturacaqlarında it daşıyanlar da peyda olub. Heç bir təhlükəsizlik vasitəsi olmayan heyvan, sahibi tərəfindən avtobusa mindirilir. Sürücünün iradından sonra isə avtobusu tərk edir.

Bu hələ vəziyyətin yaxşı formasıdır. Əndazəli yüklərdən tutmuş, tikinti və ev əşyalarına kimi bir çox yükləri marşurut avtobusları ilə daşıyanlar var.

Sürücü: "Gediş-gəlişə çətinlik törədirlər”.

Sürücü: "Sərnişinlər də gərək bizi başa düşsün. Sərnişin avtobusunda yük daşımaq olmaz”.
Bu yüklərin daşınmasından sərnişinlər kimi, daşıyıcı şirkətlər də əziyyət çəkir. Çünki, o yüklər daşınan zaman avtobuslara maddi ziyan vurula bilər.

Babək Əlisgəndərov - Daşıyıcı Şirkətin nümayəndəsi: "Avtobusları qorumaq lazımdır. Ya şüşəni sındırırlar, ya ziyan verirlər. Bu hallara yol verməmək lazımdır”.

İctimai nəqliyyatda yüklərin daşınması ilə bağlı xüsusi qayda olmasa da, yalnız əl yüklərinin daşınmasına icazə verilir. Amma digər sərnişinlərin həyatı üçün hər hansısa bir təhlükə yaratmamaq şərti ilə.

Ekspertlər deyir ki, bunun üçün xüsusi qaydaların tətbiqinə ehtiyyac var. Bu kimi halların qarşısını almaq üçün ictimai qınağın da olması vacibdir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol