• $
  • €
  • ₽
  • ₺
  • £

Övladlığagötürmə ilə bağlı yeni sistem yaradılır

Övladlığagötürmə ilə bağlı yeni sistem yaradılır
11.12.2018 21:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılacaq.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzulayan şəxslərin uçotu sisteminin təkmil əsaslar üzərində qurulması ölkəmiz üçün aktual məsələlərdən biridir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı ölkəmizdə bu məsələnin həllinə, ümumən övladlığagötürmə sahəsində idarəetmə mexanizminin şəffaf prosedurlar əsasında təkmilləşdirilməsinə, uşaqlar övladlığa götürüldükdən sonra yeni ailələrdə onların yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.
Fərmana əsasən, 2019-cu il iyunun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını təmin edəcək. Uşaqların övladlığa götürülməsinin əsaslandırılması və bunun övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsi də nazirliyə tapşırılıb. Fərmanla nazirlik Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verilməsini, həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini həyata keçirəcək. Övladlığagötürmənin ləğvinin tələb edilməsi, övladlığagötürmə sahəsində vahid nəzarətin, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyətləri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. 

Fərmanda əksini tapan tapşırığa uyğun olaraq, nazirlik mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin edəcək. Bu altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasına imkan verəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol