• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək?

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək?
11.12.2018 16:56
Gələn ildən dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı söz-söhbətlər gəzir.

Anews.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az-a deyib ki, gələn ildən dövlət xəstəxanalarında xidmətlərin pullu olacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Bu, əhalini narahatlığa yönəldən təxribatçı bir məlumatdır. Amma icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dövlət xəstəxanalarının bir qismi ola bilər ki, publik hüquqi şəxsə çevrilsin. Publik hüquqi şəxs o demək deyil ki, pullu xidmət göstərəcək. Publik hüquqi şəxs o deməkdir ki, xəstəxanalar sığorta fəaliyyətinə cəlb olunacaq və vətəndaşın müayinə, müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək".

Deputat bildirib ki, ola bilər ki, sığorta qanunvericiliyində dəyişiklik olsun və müayinənin, müalicənin cüzi bir hissəsi vətəndaş tərəfindən ödənilsin.

"Sui-istifadə hallarının qarşısının alınması və nəzarət məqsədilə vətəndaş ödəniş edə bilər. Amma xəstəxanaların pullu olacağı ilə bağlı xəbərlər doğru deyil. Sadəcə olaraq, xəstəxanalar publik hüquqi şəxsə çevriləcək, vətəndaşın müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək. İndiki halda isə xəstəxanalar Tibbi Sığorta Agentliyi ilə müqavilə bağlaya bilmirlər. Çünki onların nizamnamə və əsasnaməsində xərcləri dövlət büdcəsi qarşılayır".

M.Quliyev qeyd edib ki, bütün dövlət xəstəxanaları birdən-birə publik hüquqi şəxsə çevrilməyəcək:

"Bu proses tədricən baş verəcək. Hər halda xəstəxanaların publik hüquqi şəxsə çevrilməsinin vətəndaşlara çox böyük xeyri olacaq. Tibbi xidmətin keyfiyyəti də artacaq, Tibbi Sığorta Agentliyi insanların bütün məsrəflərini qarşılayacaq. Vətəndaş isə əlini cibinə salası olmayacaq. Publik hüquqi şəxsə çevrilmək o demək deyil ki, xəstəxanalar özəl klinikalar kimi vətəndaşdan pul alacaqlar və daha sonra xidmət göstərəcək. Xeyr, belə bir şey olmayacaq. Ödəniş Tibbi Sığorta Agentliyi tərəfindən sığorta hesabına ödəniləcək".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol